Nərimanov rayonu, Əsgər Qayıbov küçəsi.
Email: info@vtgroup.az

Haqqımızda

VTGroup

“VT GROUP”

Məhdud Məsuliyyətli Cəmiyyəti

2019-cu ildə təsis edilmişdir. Şirkət yaranan gündən Türkiyə, Çin, Rusiya, Gürcüstan və İtaliya kimi dünyanın ən qabaqcıl məhsul istehsalçlılarının keyfiyyətli məhsullarını ölkəmizə idxal etmişdir.

Ümumi ərazisi 3000 kv.m qapalı məkan, 15000 kv.m açıq məkana sahib olan zavod istehsalat sexindən və təkrar emal sexindən ibarətdir. İstehsalat sexində hal-hazırda bir neçə xətt fəaliyyət göstərir. Burada müxtəlif təyinatlı plastik boruların ekstruziya üsulu ilə istehsalı nəzərdə tutulmuşdur. İlk olaraq yüksək sıxlıqlı PE100 markalı polietilenindən (HDPE 100) borular istehsal edilməyə başlanmışdır. Hal-hazırda zavod PE100 xammalından istifadə etməklə diametri 16 mm-dən 630 mm-dək olan qaz və içməli su boruları istehsal edir. Zavod aylıq 500 ton xammal istehsal etmək gücünə malikdir. Zavodda quraşdırılan avadanlıqlar yüksək keyfiyyətli və dünya standartlarına cavab verən polietilen borular istehsal etməyə imkan yaradır.

Zavodun istehsal etdiyi məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AZ 000.00.00.0000.00 nömrəli və AZ 000.00.00.00000.00 nömrəli Uyğunluq sertifikatlarına və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş AZ 000 0000 nömrəli Gigiyenik sertifikata malikdir.

Missiyamız

ölkəmizin su sistemlərinin genişləndirilməsi və yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı layihələrə öz töhfəmizi vermək və bu sahəni yüksək keyfiyyətli polietilen borularla təchiz etməkdir.

Məqsədimiz

yüksək keyfiyyətli, dünya standartlarına uyğun məhsullar istehsal etməklə bu sahədə nəinki ölkə miqyasında, həmçinin regionda qabaqcıl mövqelərə sahib olmaqdır.

Layihələr

“VT Group” MMC bir çox uğurlu layihəyə imza atmışdır.

Aö şəhər, Hövsan yolu, Sumqayıt-Bakı magistral yolu, Greenville, Mirvari City, Roseville, Füzuli aeroportu, Olimpiya stadionu, Crystal Hall

Bizimlə əlaqə